Sizin Reklam Burada

Pirallahıda ər arvadının boğazını kəsərək öldürdü

Pirallahıda ər arvadının boğazını kəsərək öldürdüNoyabrın 10-u saat 17 radələrində Pirallahı rayonu, Pirallahı qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Pirallahı Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1992-ci il təvəllüdlü Əsgər Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Pirallahı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əsgər Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər