Sizin Reklam Burada

Prokurorluq Sabirabaddakı qətllə bağlı məlumat yaydı

Prokurorluq Sabirabaddakı qətllə bağlı məlumat yaydıAvqustun 20-i saat 23 radələrində Sabirabad rayonu, Əsgərbəyli kəndi ərazisində 3 nəfər şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sabirabad Rayon Prokurorluğundan məlumat verilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, Saatlı rayonu, Bəylər kənd sakini 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov 10-15 gün öncə arvadı 1976-cı il təvəllüdlü Ruhiyyə Məhərrəmovanın öz atası evinə getməsinə qəzəblənərək qeyd edilən tarixdə qaynatası 1936-cı il təvəllüdlü Əmirxan Əflatunovun rayonun Əsgərbəyli kəndində yerləşən evinə gələrək sonuncuları qoşalüləli ov tüfəngindən atəş açaraq öldürdükdən sonra həmin tüfənglə ürək nahiyəsinə atəş açaraq özünü öldürüb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər