Anası ilə mübahisə etdi, özünü qatarın altına atmaq istədi - Metroda ŞOK OLAY
Dərc olunub:
12-05-2020, 14:40
Bakı metrosunda intihara cəhd olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 11-də saat 14 radələrində metronun “N.Nərimanov” stansiyasında Cəlilabad rayon sakini N.Məmmədova anası ilə mübahisə etdiyindən özünü qatarın altına atmağa cəhd göstərib.
Metropolitendə polis şöbəsi əməkdaşlarının çevikliyi sayəsində cəhdin qarşısı alınıb.