Milli Məclis İlham Əliyevi təbrik etdi

Milli Məclis İlham Əliyevi təbrik etdiMilli Məclis Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

O bildirib ki, sabah Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür:

"Möhtərəm Prezident İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin məhəbbətini və hörmətini qazanmışdır. Müasir dünyanın çox mürəkkəb bölgəsində yerləşən ölkəmizi layiqli şəkildə idarə etmək üçün dövlət başçısından siyasətə, iqtisadiyyata, hərb işinə, tarixə, mədəniyyətə, başqa sahələrə dərindən bələdlik tələb olunur. Bütün bu xüsusiyyətlərlə yanaşı, cənab İlham Əliyev Vətənə dərin məhəbbət, səmimilik, sadəlik, təvazökarlıq, insanların qayğılarına həssas münasibət kimi yüksək mənəvi keyfiyyətlərə də malikdir".

Parlamentin sədri təklif edib ki, doğum günü münasibəti ilə Prezidentə Milli Məclis adından təbrik məktubu ünvanlansın:

"Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətində ona yeni böyük uğurlar arzulayaq".

Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər