Astanada Prezidentin rəsmi qarşılanma mərasimi keçirildi

Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Avrasiya.net xəbər verir ki, “Akorda” Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Qasım-Jomart Tokayevə təqdim edildi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndirildi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Dövlət başçıları birgə foto çəkdirdilər.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər