Prezident və xanımı Nərimanovda yeni parkın açılışında... - Foto

Prezident və xanımı Nərimanovda yeni parkın açılışında... - FotoOktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər.

Avrasiya.net xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma park barədə məlumat verdi.

Bildirildi ki, yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində, İtaliya-Azərbaycan Universitetinin yaxınlığında yerləşir. Ərazisi 3,5 hektar olan parkda sakinlərin istirahəti üçün söhbətgahlar, amfiteatr, tennis meydançası, uşaqlar üçün əyləncə zonaları salınıb, müasir işıqlandırma sistemi qurulub. Burada həm sakit istirahət, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılıb.

Qeyd edək ki, son illərdə Bakının siması sürətlə dəyişir. Yeni park və xiyabanların salınması, mövcud yaşıllıq və istirahət zonalarının müasir tələblərə uyğun yenilənməsi paytaxtı daha da inkişaf etdirir, onu dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.

Bakının müxtəlif yerlərində açılan yeni istirahət guşələri sakinlərin asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqla yanaşı, ekoloji mühitin yaxşılaşmasına da xidmət edir.

Yeni park isə paytaxtın "yaşıl xəritəsi”nə əlavə olunmuş daha bir məkan kimi şəhər sakinlərinin və qonaqların ixtiyarına verildi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər