Ermənistan tranzit ölkəyə çevrilə bilərdi - İlham Əliyev
Dərc olunub:
9-04-2025, 11:28
Ermənistan Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün tranzit ölkəyə çevrilə bilərdi.
Avrasiya.net xəbər verir ki, bu fikri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı əlavə edib: “Azərbaycandan neft, qaz və yaxud digər yüklərin daşınması Gürcüstan ərazisi ilə gedir və Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Bu, onların səhvidir. Onlar öz gələcək inkişaflarını səhv hesabladılar və beləliklə, özlərini iqtisadi gələcəklərindən məhrum etdilər. Bununla əlaqədar onların real müstəqilliyi əngəlləndi. Onlar “böyük bir Ermənistan” xülyası ilə yaşayırdılar”.
21:48
“İlham Əliyev strateji qərar verdi...” – “Qələbə gününü Bakıda qeyd etmək daha əhəmiyyətlidir”
Son xəbərlər