Əliyev Ərdoğana zəng etdi

Əliyev Ərdoğana zəng etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyənin inkişafı naminə prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Dövlət başçıları ölkələrimiz arasında “Bir millət, iki dövlət” prinsipinə əsaslanan dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirərək, əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər