SOCAR-ın 5 vitse-prezidenti vəzifəsindən azad edildi
Dərc olunub:
28-07-2023, 18:08
Yaşar Aydın oğlu Lətifov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.
Avrasiya.net xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamları ilə Süleyman Mehrəli oğlu Qasımov, Daşqın Ələm oğlu İsgəndərov, Bədəl Şamil oğlu Bədəlov və Xalik Rəfi oğlu Məmmədov da Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.
Bu sərəncamlar imzalandığı gündən qüvvəyə minir.