Sizin Reklam Burada

Nəqliyyatı Əlaqələndirmə Şurası yaradıldı - SƏRƏNCAM

Nəqliyyatı Əlaqələndirmə Şurası yaradıldı -Prezident İlham Əliyev aprelin 19-da Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında Sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, Sərəncama əsasən, Şura nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsi məqsədilə yaradılıb.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Nəqliyyatı Əlaqələndirmə Şurasına sədri, bir sıra dövlət qurumlarının rəhbər və müavinləri isə üzv təyin olunublar.

Şuranın sədri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Şuranın üzvləri:

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri.

Nazirlər Kabineti bir ay müddətində Şuranın Əsasnamə layihəsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Şuranın yaradılması ilə bağlı nəqliyyat sahəsində tənzimləmənin təkmilləşdirilməsi ilə əlaqədar normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər