Sizin Reklam Burada

Dövlət Gömrük Komitəsinə sədrlik müvəqqəti olaraq Şahin Bağırova həvalə olunub

Dövlət Gömrük Komitəsinə sədrlik müvəqqəti olaraq Şahin Bağırova həvalə olunubŞahin Soltan oğlu Bağırov Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin birinci müavini təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla DGK-nın sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası DGK sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilib.

Ş.Bağırov 1965-ci ildə anadan olub, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib.

O, 1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb, Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb, 2014-cü ildən DGK sədrinin müavini təyin olunub.  

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər