Sizin Reklam Burada

“Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşınırdı”

“Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşınırdı”“Ermənistanda gözləntilər var idi ki, Rusiya Qarabağda müharibəyə müdaxilə edəcək. Bu, baş vermədi, çünki biz öz ərazimizdə döyüşürdük. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı öhdəliklərə dair manipulyasiya cəhdləri edirdi. Lakin KTMT-nin mandatına üzv dövlətləri öz ərazilərində müdafiə etmək daxildir. Biz isə öz ərazimizdə döyüşürdük. Beləliklə, bu, baş vermədi”.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, amma bununla yanaşı, Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşınırdı:

“Bu, hər kəsə məlumdur və biz 44 günlük müharibə zamanı bunu ictimai şəkildə dəfələrlə bəyan etdik ki, müntəzəm qaydada, gündə bir neçə dəfə Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşınırdı. Biz bütün marşrutları izləyirdik – Rostovdan və Mozdokdan silah daşınırdı. Biz gürcüstanlı dostlarımızdan hava məkanını bağlamağı xahiş etdik və onlar bunu etdilər. Bundan əlavə, biz gürcüstanlı dostlarımızdan xahiş etdik ki, quru yolu vasitəsilə Rusiyadan Gürcüstan ərazisindən silahların daşınmasının qarşısını alsınlar və onlar belə də etdilər. Biz buna görə minnətdarıq. Biz bütün Xəzəryanı ölkələrə məktublar göndərdik ki, Rusiyadan Ermənistana silah daşıyan yük təyyarələrinə uçuş icazəsi verilməsin. Belə məktublar Qazaxıstan, Türkmənistan və İrana göndərildi. Təəssüf ki, bu təyyarələr həmin ölkələrin hava məkanından istifadə edərək Ermənistana daxil olurdu.

Yəni, vəziyyət belə idi və biz 44 günlük müharibənin bu hissəsini gizlətməməliyik. Lakin Ermənistanın gözləntiləri daha yüksək idi. Onlar hesab edirdilər ki, Rusiya ordusu bura gələrək separatizmi müdafiə edəcək. Bu isə baş vermədi. Orada müəyyən məyusluq var idi, ancaq işğal illəri ərzində bizim Ermənistan hökuməti və diasporunun necə fəaliyyət göstərməsi ilə bağlı məlumatımız var idi. Onlar hesab edirdilər ki, bütün dünyanın onlara borcu var və kimsə gəlib onları müdafiə edəcək, onların əvəzindən döyüşəcək, gəlib onlara pul verəcək, digər yardım edəcək. Bunlar isə oturacaqlar və bu şübhəli “faciədən” sui-istifadə edəcəklər. Hər bir xalqın özünün tarixində faciəvi məqamları olub. Onların problemi isə ondan ibarətdir ki, onların ideologiyaları gələcəyə baxmaq əvəzinə şübhəli və qondarma tarixi faktlara əsaslanır.

Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından iki ay sonra – aprelin 19-da baş nazir Paşinyan Rusiyaya rəsmi səfər edib, bu, iki ölkə arasında münasibətlərin əla olduğunu nümayiş etdirir. Biz isə qonşuluqda olan ölkələr arasında münasibətlərin hər zaman yaxşı olmasının tərəfdarıyıq və bu, bizim sülh gündəliyimizin tərkib hissəsidir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər