Sizin Reklam Burada

Ermənistan bu cür yaşamağa davam edə bilməz

Ermənistan bu cür yaşamağa davam edə bilməzHazırda Azərbaycanın əsas diqqəti Qarabağı necə bərpa etmək və ora keçmiş məcburi köçkünləri tez bir zamanda qaytarmaqdır.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə söyləyib.

“Eyni zamanda, açıq şəkildə elan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən sülh gündəliyimiz və təşəbbüslərimiz təkcə Azərbaycan və Ermənistan arasında deyil, həm də Cənubi Qafqazda regional inkişafa və regional inkişaf üçün yeni imkanlara yönəlib. Otuz ildir Ermənistanın separatizmi və təcavüzü ucbatından biz bu fürsəti itirmişik, Cənubi Qafqaz inteqrasiya olunmayıb”, - dövlət başçısı bildirib.

Prezident Azərbaycanla Gürcüstan arasında çox sıx əməkdaşlığın olduğunu vurğulayaraq deyib ki, bu, artıq ikitərəfli və beynəlxalq səviyyədə vacibdir:

"Lakin Ermənistanda da belə bir anlayış olmalıdır ki, onlar təcrid olunmuş ada kimi yaşamağa davam edə bilməzlər. Onlar bizimlə münasibətləri normallaşdırmalı, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər