Sizin Reklam Burada

"Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olub"

"Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olub""Vasitəçilərə gəldikdə deyə bilərəm ki, əfsuslar olsun ki, bu gün hələ də Minsk qrupu haqqında Ermənistanda yüksək vəzifəli şəxslər sözlər deyirlər".

Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

"Hesab edirəm ki, bu, əbəsdir və bunun heç bir mənası yoxdur. Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olub", - dövlət başçısı bildirib.

Prezident deyib: "1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməyib. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmayıb. Sadəcə olaraq biz o vaxt bir qədər sadəlövh idik. Bu qrup məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdır. Minsk Qrupunun həmsədr ölkələrində erməni lobbi qrupları çox təsirlidir. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi olmamışdır.

2019-cu ildə isə qrupun fəaliyyəti demək olar ki, dayanmışdır. Bunun da səbəbi Ermənistanın yeni rəhbərliyinin çox qəribə davranışı olmuşdur.

Çünki Ermənistanın yeni rəhbərliyi 2018-ci ildə hakimiyyətə gələndə həm Minsk Qrupunda, həm - onu da açıq deməliyəm ki, bizdə də bəzi ümidlər var idi ki, indi kriminal xunta rejim artıq devrildi, hakimiyyətə gələn yeni nəsil siyasətçilər reallığı dərk edəcəklər. Anlayacaqlar ki, Azərbaycanla mübarizə aparmaq, müharibə aparmaq onların iqtidarında deyil. Demək olar ki, bir il ərzində aparılan fəal danışıqlar bu fikri daha da gücləndirirdi. Ancaq 2019-cu ildə Ermənistan rəhbərliyi tam fərqli mövqe sərgiləməyə başlamışdır. Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən cəfəng fikirlər faktiki olaraq danışıqlar prosesinə son qoymuşdur. "Qarabağ Ermənistandır və nöqtə" deməklə danışıqlar prosesinə son qoyuldu. Bu açıqlamadan sonra mənimlə görüşə gələn Minsk Qrupu, demək olar ki, çox qeyri-müəyyən vəziyyətdə idi. Çünki bu bəyanatdan sonra hər hansı bir danışıqların aparılması qeyri-mümkündür. Çünki danışıqların mahiyyəti ondan ibarət idi ki, işğal altında olan torpaqlar azad olunacaq. Faktiki olaraq Minsk Qrupu ondan sonra hər hansı bir, hətta görüntü naminə fəaliyyət göstərə bilmədi".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər