İsrail ABŞ-dan üç ədəd F-35 qırıcısı aldı
Dərc olunub:
19-01-2026, 08:34
İsrail Hərbi Hava Qüvvələri Amerika şirkəti “Lockheed Martin” tərəfindən istehsal olunmuş üç yeni beşinci nəsil F-35 qırıcı təyyarəsi alıb.
Bu barədə İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin məlumatında deyilir.
Üç təyyarə 18 yanvarda ölkənin cənubundakı Nevatim aviabazasına eniş edib.
Bildirilib ki, təyyarələr HHQ-nin 116-cı və 140-cı eskadrilyalarının sıralarına əlavə olunacaq.
Qeyd edək ki, İsrail 2010-cu ildə ABŞ-dan F-35 almaq qərarına gəlib.
