"Putin ətraf aləmə “mən də varam” demək istəyib"

Rusiya Prezidenti Vladimir Putin gün ərzində bir-birinə düşmən olan iki ölkənin lideri – İsrail baş naziri Benyamin Netanyahu və İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb. Putin bununla ətraf aləmə “mən də varam” demək istəyib.

Avrasiya.net xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, Vladimir Putin Netanyahuya “Rusiya vasitəçilik səylərini davam etdirməyə və bütün maraqlı dövlətlərin iştirakı ilə konstruktiv dialoqu təşviq etməyə hazırdır”, Məsud Pezeşkiana isə “gərginliyin azaldılması üçün səyləri davam etdiririk” deyib. Gəlişi gözəl sözlərdən başqa bir şey deyil:

"Birincisi, Rusiya Ukrayna müharibəsində elə ilişib qalıb ki, başqa problemlərin həllinə nə zamanı, nə də diplomatik resursları qalıb. Putin ABŞ-ın Venesuelanı nəzarətə götürməsinə səssiz qaldı, İranla bağlı da fəallığı yox dərəcəsindədir. Kremlin ruporu Vladimir Solovyov Rusiyanın Ermənistanı nəzarətə götürməsi vacibliyini söyləsə də, Ermənistan “Tramp yolu”nu reallaşdırmaqla ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsinə şərait yaradıb".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər