"Maçado Nobel Sülh Mükafatını mənə verdi"

ABŞ prezidenti Donald Tramp Venesuela müxalifətçisi Mariya Korina Maçadonun ona Nobel Sülh Mükafatının medalını təqdim etməsini hörmət əlaməti kimi qiymətləndirib.

Tramp bu barədə özünün “Truth Social” şəbəkəsində yazıb.

O bildirib ki, çox şeydən keçmiş Maçado ilə görüşmək böyük şərəfdir. Ağ Ev rəhbəri yazıb: "Mariya özünün Nobel Sülh Mükafatını gördüyüm işlərə görə mənə verdi. Bu, qarşılıqlı hörmətin necə də gözəl əlamətidir. Təşəkkür edirəm, Mariya".

Maçado yanvarın 15-də keçirilən görüşdə Nobel Sülh Mükafatını Trampa təqdim edib.
“Fox News” kanalı Amerika liderinin mükafatı qəbul etdiyini bildirib.

Nobel Komitəsinin qərarına görə, mükafat ləğv edilə, bölünə və ya başqasına verilə bilməz.

Tramp əvvəllər Maçadonun Nobel Sülh Mükafatını ona təhvil verməsini istəmədiyini bildirmişdi. O, dəfələrlə özünü Nobel Sülh Mükafatına layiq hesab etdiyini deyib, lakin 10 oktyabr 2025-ci ildə Nobel Komitəsi mükafatın Maçadoya verildiyini elan edib.
Yanvarın əvvəlində "Vaşinqton Post" qəzeti Trampın Maçadoya siyasi dəstək verməmək qərarına gəldiyini yazmışdı. Buna səbəb kimi Maçadonun 2025-ci il mükafatından Trampın xeyrinə imtina etmədiyi göstərilmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər