Krallığın XİN müavini səfirimizi qəbul edib
Dərc olunub:
7-01-2026, 16:23
![]()
Səudiyyə Ərəbistanı Xarici İşlər nazirinin müavini Əbdülrəhman Əl-Rəssi Azərbaycanın Krallıqdakı səfiri Mütəllim Mirzəyevi qəbul edib.
Avrasiya.net xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici siyasət qurumu xəbər verir.
Əl-Rəssi səfiri salamlayıb və ona yeni vəzifələrində uğurlar arzulayıb. Onlar qarşılıqlı maraq doğuran məsələləri də müzakirə ediblər.b.
Qeyd edilib ki, səfiri bu ölkənin siyasi məsələlər üzrə nazir müavini Səud Əs-Səti də qəbul edib.
