Prezident Maduronun həbsi və beynəlxalq hüquq

Prezidenti Donald Trampın əmri ilə Amerika Birləşmiş Ştatlarının Venesuela ərazisində həyata keçirdiyi hərbi əməliyyat nəticəsində Venesuela prezidenti Nikolas Maduronun həbs edilərək zorla ölkə ərazisindən çıxarılması və ABŞ-a aparılaraq istintaqa cəlb edilməsi beynəlxalq hüququn fundamental əsaslarının faktiki olaraq iflasıdir. Bundan sonra beynəlxalq hüquqdan, onun norma və prinsiplərindən danışmaq, yaxud onun legitim tənzimləyici mexanizm kimi tanımaq mümkünsüz hala gəlir.

Dövlətin hansı siyasi sistem və ya idarəçilik forması üzərində qurulmasından asılı olmayaraq, ona qarşı hərbi müdaxilə və zor tətbiqi Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsində təsbit olunmuş əsas fundamental prinsiplərin - dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi toxunulmazlığı və daxili işlərinə qarışmamaq prinsipinin - kobud şəkildə pozulmasıdır, beynəlxaq cinayətdir. Bu cür müdaxilə hüquqla birbaşa siyasi idarəçilik formasına qarşı təcavüz aktıdır.

Bu baxımdan, Nikolas Maduronun şəxsiyyəti, dövlət idarəçiliyinin forması və ona yönəldilmiş siyasi və ya hüquqi etiketlərdən asılı olmayaraq, narkotrafikdə iştirak ittihamı əsasında bir dövlətin digər müstəqil dövlətin ərazisində xüsusi əməliyyat keçirməsi, dövlət başçısını faktiki olaraq oğurlayaraq başqa dövlətin ərazisinə aparması beynəlxalq hüquq baxımından ağır cinayət xarakteri daşıyır. Bu məsələ hüquqi müzakirə predmeti deyil və hər hansı formada legitimləşdirilə bilməz.

Maduronun ölkə daxilində və ya beynəlxalq müstəvidə törətdiyi iddia olunan hər hansı cinayət faktı varsa da belə, heç bir halda üçüncü bir dövlətin onu birtərəfli qaydada həbs etməsinə və ya zorla aparmasına hüquqi əsas vermir. Bu cür fəaliyyət nə beynəlxalq hüquq normaları, nə də mövcud beynəlxalq siyasi-diplomatik mexanizmlər çərçivəsində əsaslandırıla bilər Baş verənlər BMT Nizamnaməsində təsbit edilmiş bütün əsas müddəa və prinsiplərin açıq şəkildə tapdalanması deməkdir.

Nikolas Maduronun həbsi məsələsinə gəldikdə isə, hüquqi baxımdan onun beynəlxalq səviyyədə tanınmış cinayətlərdə ittiham olunması yalnız iki hüquqi mexanizm çərçivəsində mümkün ola bilərdi:
birincisi, BMT Təhlükəsizlik Şurasının (TŞ) müvafiq mandatı əsasında;
ikincisi isə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarı ilə. Yalnız bu hallarda dövlət başçısının həbs edilməsi və cinayət məsuliyyətinə cəlb olunması hüquqi baxımdan mümkün hesab edilə bilərdi.

1961-ci il Vyana Konvensiyasına əsasən dövlət başçısının şəxsi və siyasi toxunulmazlığı beynəlxalq hüququn fundamental institutlarından biridir və bu toxunulmazlığın birtərəfli qaydada pozulması BMT-yə üzv olan bütün müstəqil dövlətlərə qarşı açıq və sistemli təhdid xarakteri alır. Bu baxımdan, Maduronun şəxsiyyəti və idarəçilik formasından asılı olmayaraq, bu əməliyyat mahiyyət etibarilə beynəlxalq hüququn açıq şəkildə tapdalanması, təhqir edilməsidir.

Əgər Maduronun əməllərində beynəlxalq cinayət tərkibi mövcuddursa, bu məsələyə yalnız beynəlxalq hüququn legitim mexanizmləri çərçivəsində baxıla bilər. Belə ki, cinayət təqibi ya BMT TŞ-nın müvafiq mandatı əsasında, ya da BCM - nin yurisdiksiyası çərçivəsində həyata keçirilə bilər.

Prezident Maduronun ABŞ ərazisində mühakimə edilməsinə gəldikdə isə, ABŞ-ın birtərəfli qaydada ittiham irəli sürməsi və cinayət təqibi aparması beynəlxalq cinayət ədalətinin institusional sisteminin pozulması, habelə BCM-nin səlahiyyətlərinin faktiki olaraq mənimsənilməsi deməkdir.
Alternativ olaraq, iddia edilən cinayət əməlləri üzrə istintaq və mühakimə yalnız Venesuela Respublikasının milli hüquq sistemi çərçivəsində, daxili yurisdiksiya əsasında mümkündür. Xarici dövlətin bu prosesi birtərəfli qaydada həyata keçirməsi beynəlxalq hüququn fundamental prinsiplərinə tam ziddir.

Vüqar Dadaşov
Hüquqşünas

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər