Maduro və ailəsinə qarşı ittiham aktı elan edildi
Dərc olunub:
3-01-2026, 20:43
ABŞ Nikolas Maduro, ailəsi, Venesuelanın yüksək vəzifəli məmurlarına qarşı ittiham aktını elan edib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Sənədə əsasən, “Venesuela liderləri” son 25 il ərzində ABŞ-a kokain idxal etmək üçün səlahiyyətlərindən sui-istifadə ediblər. İttiham olunanlar arasında Nikolas Maduro ilə yanaşı birinci xanım Silia Flores, daxili işlər naziri Diosdado Kabeleo, sabiq ədliyyə naziri Ramon Rodrigez Çasin, deputat Nikolas Maduro Qyerra (Maduronun oğlu), cinayətkar qruplaşma “Tren de Aragua”nın lideri Ektor Gerrero Floresin adları var.
