ABŞ Venesuela üzərində uçuşlara qadağa qoydu
Dərc olunub:
3-01-2026, 14:14
ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA) ölkənin kommersiya təyyarələrinin Venesuela üzərində istənilən yüksəklikdə uçuşuna qadağa qoyub.
Bu barədə Nyu York Tayms məlumat yayıb.
Qadağa yerli vaxtla saat 02:00-dan qüvvəyə minib və 23 saat ərzində qüvvədə olacaq.
Məhdudiyyətlər davam edən hərbi fəaliyyətlə əlaqədar tətbiq edilib.
Qeyd edək ki, ABŞ ordusu Venesuelaya bu gün zərbələr endirib.
