"BMT funksionallığını çoxdan itirib"

ABŞ Prezidenti Donald Tramp BMT-nin Ukrayna böhranının həllində kifayət qədər fəal olmadığını bildirib. Amerika lideri bu barədə "Truth Social" səhifəsində yazıb. O vurğulayıb ki, qlobal təşkilat daha çox təşəbbüs göstərməlidir: “ABŞ hər zaman olduğu kimi öz fəaliyyəti ilə qürur duyur”.

Həqiqətən BMT nüfuzunun itirmiş bir qurumdur?,-sualı ilə politoloq Bakir Həsənbəyliyə mürciət etdik.

Politoloq bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası öz funksionallığını çoxdan itirib:

"Qurumun hələ 1992-93-cü illərdə Azərbaycanla bağlı qəbul etdiyi dörd qətnamənin uzun müddət ərzində icra edə bilməməsini, icra etmək iqtidarında olmamasını misal göstərə bilərik. BMT faydasız, lazımsız və beynəlxalq hüququn təmin edilməsinə heç bir təsir göstərə bilməyən təşkilata çevrilib. Dünyada sülhün, təhlükəsizliyin təmin və təşviq edilməsi məqsədi ilə yaradılmış BMT və ixtisaslaşdırılmış qurumları, xüsusilə, Təhlükəsizlik Şurası siyasi oyunlar meydanına çevrilib. Təhlükəsizlik Şurası münaqişədən asılı olmayaraq konkret bir qərara gələ bilmir, konsensus əldə edə bilmir və bu da həmin təşkilatın dünyada nüfuzunu itirdiyini nümayiş etdirir.

Üstəlik, Şura heç bir məsələyə real cavab vermək, real qərar qəbul etmək və həmin qərarı icra etdirmək gücündə olmadığını göstərir. Eyni zamanda, artıq bir çox dövlətlərin rəhbərləri, beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının islahata getməsi təşəbbüsü ilə çıxış edirlər.

Halbuki, bu günə qədər təşkilat daxilində heç bir iş görülməyib, islahatlarla bağlı təşəbbüslər qəbul olunmayıb və artıq bu, təşkilatın beynəlxalq arenada nüfuzunun sıfıra yaxın səviyyəyə düşməsindən xəbər verir. Həm keçmiş Qarabağ münaqişəsi dövründə, həm Ukrayna müharibəsində, indi isə Yaxın Şərqdə baş verən hadisələrlə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, sadəcə, sözlərin deyildiyi məkana, real və təsirli tədbirlərin görülməsinə nail olmayan bir yığıncağa çevrilib. Dünyada silahlı münaqişələr, işğallar baş verir, Təhlükəsizlik Şurasının bu məsələlərlə birbaşa məşğul olmadığını, təsirli addımlar ata bilmədiyini görürük. Və bu da onu göstərir ki, ABŞ prezidentinin bu qurumla bağlı qənaətləri tam doğrudur".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər