Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı və BƏƏ-nin göstərdiyi səyləri alqışlayır
Dərc olunub:
27-12-2025, 18:38
Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmən Respublikasında davam edən gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin təşviq edilməsi istiqamətində göstərdiyi səyləri alqışlayır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabındakı paylaşımında bildirilib.
Bildirilib ki, Yəməndə mövcud vəziyyət təmkinli davranmağın, kollektiv fəaliyyətə, dialoqa və sülh yolu ilə həllərə üstünlük verməyin zəruriliyini önə çıxarır:
Azərbaycan Yəmən Respublikasının birliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edir və ölkədə davamlı sülh, firavanlıq və inkişafa nail olmaq məqsədilə Yəmən xalqının maraqlarının qorunmasına yönəlmiş bütün səyləri yüksək qiymətləndirir.
