Küveytdə enerji içkilərinin satılması qadağan edildi
Küveytdə 18 yaşına çatmamış şəxslərə enerji içkilərinin satılması qadağan edilib.
Axar.az xəbər verir ki, bu, Küveyt Səhiyyə Nazirliyinin ümumi sağlamlığın qorunmasına və bu içkilərin həddindən artıq istehlakı ilə əlaqəli risklərin azaldılmasına yönəlmiş tədbirlər paketinin bir hissəsi olaraq, ölkədə enerji içkilərinin satışı və paylanmasını tənzimləyən qərarında bildirilib.
Bununla yanaşı, bir nəfər üçün maksimum gündəlik istehlak limiti 250 mq olmaqla iki qutu, hər qutuda isə maksimum kofein miqdarı 80 mq müəyyənləşdirilib.
Eyni zamanda, restoranlarda, qəhvəxanalarda, ticarət məkanlarında, səyyar yemək satışı məkanlarında, özünəxidmət köşklərində, çatdırılma xidmətlərində enerji içkilərinin satışı və paylanması qadağan edilib.
Enerji içkilərinin yalnız kooperativ cəmiyyətlər və qeyri-nizami marketlər tərəfindən müəyyən edilmiş və müvafiq qurumların icazəsi və ciddi nəzarəti ilə satılmasına icazə verilir.
