Pakistanda polis maşınına hücum: 5 ölü
Dərc olunub:
23-12-2025, 13:08
Pakistanın Heybər-Paxtunxva əyalətinin Karak şəhərində polis maşını hücuma məruz qalıb.
Bu barədə Pakistan mətbuatı məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində 5 polis əməkdaşı ölüb.
Hücum edənlərin kimliyi hələlik məlum deyil.
