Hərbi təyyarə qəzaya uğradı: ölənlər var
Dərc olunub:
23-12-2025, 10:32
Meksikanın tibbi yardım missiyasını yerinə yetirən Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus "King Air ANX 1209" təyyarəsi ABŞ-ın Texas ştatının Qalveston şəhəri yaxınlığında eniş etməyə yaxınlaşarkən qəzaya uğrayıb.
Bu barədə Meksikanın ABŞ-dakı Konsulluğu məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində 5 nəfər ölüb, 1 nəfər isə itkin düşüb.
Məlumata görə, ölənlərdən üçü və itkin düşən bir nəfər HDQ-nin hərbi qulluqçularıdır. Ölən digər iki nəfər təyyarə ilə təxliyə edilən xəstə və onun həkimidir. Xəstənin müşayiətçisi və tibb bacısı sağ qalıb.
Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
