Misirdə Azərbaycan dilini öyrənən tələbələrə diplomlar təqdim olunub

Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili və digər kurslarda təhsil alan tələbələrə diplomların təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə müxtəlif ölkələrdən olan tələbələrə ümumilikdə 186 diplom və sertifikatlar təqdim olunub.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, diaspora rəhbəri tədqiqatçı-alim Seymur Nəsirov çıxışında iki ölkə arasında mövcud olan əlaqələrin tarixindən danışıb.

Qeyd edib ki, Azərbaycan əsilli məşhur alimlər, sənətkarlar, sərkərdələr Misirdə, ümumiyyətlə İslam dünyasının inkişafına böyük töhfələr veriblər. Bu kontekstdə diaspora rəhbəri İslam coğrafiyasının işğalçılardan qorunmasında böyük qəhrəmanlıq göstərmiş Nurəddin əz-Zəngi və Səlahəddin Əyyubinin adlarını qeyd edib. S.Nəsirov Misir və Azərbaycan arasında coğrafi baxımdan uzaq məsafəyə baxmayaraq, hər iki ölkənin xalqlarını bir-birinə tarixən sıx elmi və mədəni əlaqələrin bağladığını diqqətə çatdırıb.

S.Nəsirov rəhbərlik etdiyi cəmiyyətin fəaliyyəti barədə də məlumat verib. Bildirib ki, 2014-cü ildən fəaliyyət göstərən cəmiyyət Azərbaycan dilinin və ədəbiyyatının, mədəniyyətinin təbliği ilə məşğuldur.

İdarə heyətinin sədri əlavə edib ki, cəmiyyətdə təşkil edilən kurslarda indiyədək müxtəlif ölkələrdən 3000-ə yaxın tələbə təhsil alıb və hazırda 61 ölkədən olan 650-dən çox şəxs ödənişsiz əsasda təhsilini davam etdirir. Burada Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər tədris olunur.

Qeyd edək ki, Misir-Azərbaycan Dotluq Cəmiyyətinin fəaliyyəti, ərəb ölkələri mediası tərəfindən yüksək qiymətləndirilərək qeniş şəkildə dərc olunur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər