Maskın sərvəti 600 milyard dolları keçdi

Ameriaklı milyarder İlon Mask tarixdə sərvəti 600 milyard dolları keçən ilk şəxs olub.

O, "Space X" şirkətinin dəyərinin 800 milyard dollara çatması nəticəsində tarixdə ilk dəfə 600 milyard dollardan çox sərvətə malik şəxsə çevrilib.

Bu göstərici "Forbes"ə danışan iki investor tərəfindən təsdiqlənib.

Hazırda İlon Mask planetin ən varlı insanıdır və "Space X"in 42 faiz payına sahibdir. Şirkətin yeni qiymətləndirilməsi ilə Maskın şəxsi sərvəti 168 milyard dollar artaraq təxminən 677 milyard dollara çatıb.

Forbes qeyd edir ki, Mask hazırda trilyoner statusuna digər milyarderlərə nisbətən daha yaxındır. Onun ən yaxın rəqibi "Google"un həmtəsisçisi Larri Peycin sərvəti 252 milyard dollar təşkil edir və aralarındakı fərq 425 milyard dollardır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər