Çin Zəngəzur dəhlizinə sərmayə qoya bilər

Çin Zəngəzur dəhlizinə sərmayə qoya bilərAzərbaycan və Çin arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Saməddin Əsədovun Çin Dövlət Şurası yanında Dövlət Əmlakına Nəzarət və İdarəetmə Komitəsinin (SASAC) nümayəndə heyəti ilə görüşdə baş tutub.

S.Əsədov qeyd edib ki, Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub və Orta Dəhlizi onun əsas tərkib hissəsi kimi görür. Nazir müavini son 20 ildə ölkədə nəqliyyat infrastrukturuna yatırılan sərmayələr və həyata keçirilən iri bağlantı layihələri barədə ətraflı məlumat verib.

Görüş ilə bağlı iqtisadçı Elmir Səfərli Modern.az-a bildirib ki, son iki ildə Azərbaycan və Çin münasibətləri, siyasi-iqtisadi əlaqələr Azərbaycan tərəfindən “Bir kəmər, bir yol” layihəsinin necə dəstəkləndiyini bir daha sübut edir:

"Layihənin əsas məqsədi Çindən göndərilən malların Avropaya iqtisadi baxımdan daha səmərəli və az maliyyə xərci ilə çatdırılmasının mümkünlüyünü təmin etməkdir. Regional münaqişələr göstərir ki, alternativ dəhlizlər iqtisadi əlaqələrdə çətinliklər yaradır. Lakin “Bir kəmər bir yol” layihəsi vasitəsilə malların təhlükəsiz daşınması və qeyd etdiyim kimi, daha az xərclə təyin olunan nöqtəyə çatdırılması mümkün olur.

Çinin Zəngəzur dəhlizinə marağı başadüşüləndir. Çünki bu günə qədər Çin mallarının Avropaya daşınması Bakı–Tbilisi yolu ilə mümkün idisə, yaxın gələcəkdə Avropaya və Türkiyəyə daşınma üçün alternativ yol kimi Zəngəzur dəhlizi bu rolu oynayacaq. Bu da öz növbəsində Çin mallarının ixracına təkan verəcək.

Zəngəzur dəhlizinin tranzit baxımından əlverişli olması nəinki Çinin, həmçinin Mərkəzi Asiya ölkələrinin də marağındadır. Bu səbəbdən tranzitlə bağlı digər dövlətlərin də sərmayə qoyuluşu gözləniləndir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər