Rusiyanın Avropadakı pulları birdəfəlik dondurulacaq
Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərini birdəfəlik bloklamaq üçün yol tapıb.
Musavat.com xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb: "İndiyə qədər sanksiyaların hər altı aydan bir yekdilliklə uzadılması tələbi var idi. Bu isə Budapeşt kimi tək bir paytaxtın Moskvanın aktivlərə çıxışını bərpa edə və bütün strukturu sarsıda biləcəyi təhlükəsini yaradırdı. Yeni qanunvericilik bunu dəyişdirməyi hədəfləyir. Brüssel Aİ-nin təsis müqavilələrində ciddi iqtisadi şoklar qarşısında yekdil təsdiqə ehtiyac olmadan tədbirlərin görülməsinə imkan verən bir bənd tapıb".
"Financial Times" qəzetinin məlumatına görə, bu cür şoklara Rusiyanın Aİ-yə qarşı hibrid təzyiqləri daxil ola bilər. AK bunu nəzərə alaraq, "qadağanı ləğv etmək üçün oxşar, ayrı bir qərar qəbul edilənə qədər Rusiya aktivlərini qeyri-müəyyən müddətə dondurulması"nı təklif edir.
Bundan əvvəl Avropa Komissiyası 2026-2027-ci illərdə Ukraynaya maliyyə dəstəyini təmin etmək "təzminat krediti" sxemi əsasında Avropadakı bütün dondurulmuş Rusiya aktivlərini müsadirə etmək planını açıqlayıb. O, həmçinin Aİ-yə üzv olmayan Qərb ölkələrini bu təşəbbüsə qoşulmağa çağırıb.
