Tailand F-16 qırıcılarını havaya qaldırıb
Dərc olunub:
Bu gün, 06:11
Kambocanın hərbi bazaya hücumundan sonra Tailand F-16 qırıcılarını havaya qaldırıb.
Kamboca dekabrın 8-i səhər Taylandın Anupong hərbi bazasına hücum etdi. Khaosod-a görə, Banqkok hücuma F-16 qırıcıları ilə cavab verdi.
Avrasiya.net Rusiya mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl Tailand hakimiyyəti sərhəd bölgələrindən sakinləri təxliyə etməyə başlayıb.
Dörd şimal-şərq əyalətində yaşayan vətəndaşlar evlərindən evakuasiya edilərək təyin olunmuş sığınacaqlara yerləşdiriləcək.
Qərar Kamboca ilə "münaqişənin mümkün kəskinləşməsi" ilə əlaqədar qəbul edilib.
Xatırladaq ki, Tailand qonşusunu sərhəd boyu minalardan istifadə etməkdə ittiham edib və BMT-ni bu hadisələri araşdırmağa çağırıb.
