Hindistanda gecə klubunda baş verən yanğında azı 23 nəfər həlak olub
Dərc olunub:
Bu gün, 06:43
Hindistanın Qoa ştatında gecə klubunda baş verən yanğın nəticəsində azı 23 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "The Indian Express" qəzeti məlumat yayıb.
Polisin verdiyi məlumata görə, yanğının qaz balonun partlamasından qaynaqlandığı ehtimal olunur.
"Qruplar xilasetmə əməliyyatı və evakuasiya aparır. Cəsədlərin əksəriyyəti mətbəxdən çıxarılıb ki, bu da onların klubda çalışan şəxslər olduğunu güman etməyə imkan verir. İki cəsəd isə pilləkəndə aşkar edilib", – qəzet ştatın baş prokuroru Alok Kumarın sözlərini gətirir.
