İsraildə hərbi xidmət müddəti uzadıla bilər
Dərc olunub:
Bu gün, 08:51
İsrailin müdafiə naziri İsrael Kats və maliyyə naziri Betsalel Smotriç ölkə ordusunda (SAXAL) xidmət müddətini hazırkı 30-32 aydan 36 aya qədər uzatmaq niyyətindədirlər.
Bu barədə "Maariv" məlumat yayıb.
Əgər belə olarsa, hazırda xidmət edən və 2026-cı ildə tərxis olunması planlaşdırılan əsgərlər bunu təxirə salmaq məcburiyyətində qalacaqlar.
Eyni zamanda, SAXAL-a xidmət üçün çağırılan ehtiyatda olanların sayının 30 000 nəfər azaldılması təklif olunur. Onların yerinə yetirməli olduqları vəzifələr çağırışçılara həvalə ediləcək.
Son xəbərlər
