Almaniyada məktəblilər ayağa qalxdı - “Əsgər getmək istəmirik”

Almaniyanın bir sıra şəhərlərində məktəblilər ölkədə hərbi çağırış qaydalarının sərtləşdirilməsinə etiraz olaraq aksiya keçirib.

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, nümayişlər həm Berlin, Drezden, Leypsiq kimi böyük şəhərlərdə, həm də kiçik yaşayış məntəqələrində keçirilib.

Aksiya təşkilatçıları bildiriblər ki, ümumilikdə etirazların ölkənin 90 şəhərində təşkili planlaşdırılıb.

Etirazlar dərs saatlarına təsadüf etdiyindən bir çox şagirdlər aksiyaya qoşulmaq üçün son bir-iki dərsi buraxıblar. Ümumilikdə yüzlərlə məktəbli etirazlara qatılıb, Berlin isə iştirakçı sayına görə xüsusi seçilib, burada nümayişçilərin sayı 3 min nəfəri keçib. Aksiyada aşağı sinif şagirdləri ilə yanaşı kiçik uşaqları olan valideynlər də iştirak ediblər.

Nümayişlər Bundestaqın həmin gün çağırış sisteminə dair islahatları təsdiqləməsi fonunda baş verib. Yeni qaydalara əsasən, Almaniyada gənclər 18 yaşına çatdıqdan sonra məcburi tibbi müayinədən keçməlidirlər.

Hərbi xidmətin özü könüllü olaraq qalır; lakin əsgər çatışmazlığı yaranacağı təqdirdə Bundestaq qərar qəbul edərsə, vətəndaşlar püşkatma yolu ilə xidmətə çağırıla bilərlər.

Aksiyaya çıxan məktəblilər məhz bu mexanizmin gələcəkdə məcburi çağırışa çevrilə biləcəyindən narahat olduqlarını bildiriblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər