Rotterdamda Azərbaycan–Hollandiya Həmrəylik Cəmiyyətinə yeni sədr seçildi
30 noyabr 2025-ci il tarixində Niderlandın Rotterdam şəhərində fəaliyyət göstərən Azərbaycan–Hollandiya Həmrəylik Cəmiyyətində növbəti seçkilər keçirilib.
Tədbirdə Benilüks Azərbaycanlıları Konqresinin Təftiş-nəzarət komissiyasının sədri və AHHC-nin sədri Niyazi Əmikişizadə görülən işlər barədə cəmiyyət üzvlərinə geniş məlumat verib.
Seçkilərin nəticəsinə əsasən, Benilüks Azərbaycanlıları Konqresinin “Vətənpərvərlik və milli-mənəvi şüurun təbliğatı” üzrə departament rəhbəri Elxan Isazadə təşkilatın yeni sədri seçilib.
AHHC-nin keçmiş sədri Niyazi Əmikişizadə uzun illər göstərdiyi fəal ictimai fəaliyyətinə görə Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov tərəfindən Təşəkkürnamə ilə təltif olunub.
Yeni sədr Elxan Isazadə təbrik olunub və ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
Son xəbərlər
