Rumıniya Azərbaycanın dostu və vicdanlı tərəfdaşıdır

Rumıniyanın Milli Günü və Böyük Birliyinin 107-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı Səfirliyi rəsmi qəbul təşkil edib.

Rumıniyanın Azərbaycandakı Səfiri Vasile Soare çıxış edərək ölkəsinin tarixindən söz açıb.

Səfir deyib ki, 1 dekabr 1918-ci ildə, Birinci Dünya Müharibəsinin bitməsindən və Rusiya və Avstriya-Macarıstan İmperiyalarının süqutundan sonra Rumıniyanın Mərkəzində yerləşən Alba Yuliyada Ölkənin və tarixi Bessarabiya, Bukovina və Transilvaniya əyalətlərindən olan bütün rumınların Böyük Birliyi elan edilib. Digər Avropa xalqları kimi, yüz illər sonra, rumınlar da öz Vahid Milli Dövlətini – Rumıniyanı qurmağa nail oldular...

"Bu gün Rumıniya NATO, Avropa Birliyi və bir çox digər beynəlxalq təşkilatların fəal üzvüdür" deyən diplomat əlavə edib ki, 2025-ci ildə Şengen azad hərəkət zonasına tam olaraq qoşulur və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT-OECD) – inkişaf etmiş demokratik dövlətləri birləşdirən təşkilata qoşulmaq üçün intensiv şəkildə çalışır.

Rumıniya beynəlxalq hüquq prinsiplərinə hörməti və qanunlara əsaslanan beynəlxalq nizamın qurulmasını fəal şəkildə təşviq edir, beynəlxalq münasibətlərdə təhlükəsiz və mehriban qonşuluq mühitinin təmin edilməsini qətiyyətlə dəstəkləyir. Rumıniya cəmiyyəti son 30 ildə özünü yetkin, ən çətin böhranları dəf etmək əzmində və Qərb icmasında firavan gələcəyə inamlı olduğunu sübut edib.

Azərbaycanla Rumıniya arasındakı münasibətlərə toxunan səfir xatırladıb ki, 1991-ci ildə Rumıniya Türkiyədən sonra dünyada Azərbaycan dövlətinin müstəqilliyini tanıyan ikinci dövlət olub, 2009-cu ildə isə Rumıniya Azərbaycanla Strateji Tərəfdaşlıq münasibətləri haqqında Bəyannaməni təklif edən və yüksək səviyyədə imzalayan ilk Aİ üzv dövlətidir.
34 il ərzində Rumıniya-Azərbaycan əməkdaşlığı bir çox sahələrdə - siyasi-diplomatik, iqtisadi, enerji, nəqliyyat və kommunikasiya, mədəniyyət və təhsil sahələrində, həm də iki cəmiyyət və xalqlar səviyyəsində nəzərəçarpacaq dərəcədə inkişaf edib.

Rumıniya və Azərbaycan arasında yüksək səviyyəli siyasi dialoq illər ərzində mükəmməl dinamika ilə xarakterizə olunub və iki ölkə prezidentlərinin Buxarest və Bakıya qarşılıqlı səfərləri ilə yadda qalıb.
Parlament dialoqu əhəmiyyətli dərəcədə gücləndirilmişdir - təkcə 2025-ci ildə Rumıniya Senatının Sədri iki dəfə Azərbaycana səfər edib ki, sonuncu səfəri noyabrın 10-u Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü ilə bağlı tədbirlərdə iştirakı ilə bağlı olub.

İki ölkənin Xarici İşlər Nazirlikləri arasında Rumıniya-Azərbaycan dialoqu iki paytaxta edilən səfərlər və siyasi-diplomatik məsləhətləşmələr ilə daimi xarakter daşımaqdadır.

İqtisadi sahədə, Birgə Hökumətlərarası İqtisadi Komissiya ardıcıl olaraq Bakı və Buxarestdə görüşlər keçirir, yeni imkanlar və əməkdaşlıq layihələri müəyyən edir və Rumıniya-Azərbaycan ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artaraq 2024-cü ildəki 700 milyon ABŞ dollarını keçərək 2025-ci il üçün də oxşar perspektivlərə malik olub.

Enerji sahəsində, karbohidrogen sektorundan başqa, Rumıniya və Azərbaycan 2022-ci ildən başlayaraq alternativ mənbələrdən gələn enerjinin Xəzər dənizindən Qara dəniz vasitəsilə Konstansaya və oradan da Avropa bazarına birbaşa cərəyan kabeli ilə nəqlini nəzərdə tutub, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli dərəcədə töhfə verə biləcək bir layihə - Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan Yaşıl Enerji Dəhlizi üzərində çalışır. 2024-cü ildə Buxarestdə "Yaşıl Enerji Şirkəti"nin yaradılmasından sonra əminik ki, texniki-iqtisadi əsaslandırmanın yekun nəticəsi Avropa maliyyə və bank qurumlarından, eləcə də digər qurumlardan lazımi maliyyə dəstəyini cəlb edəcəkdir.

Nəqliyyat və Kommunikasiya sahəsində Rumıniya – Gürcüstan – Azərbaycan – Türkmənistan arasında Qara dəniz - Xəzər dənizi Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ilə bağlı Hökumətlərarası Sazişin tezliklə Konstansa şəhərində imzalanması, şübhəsiz ki, Orta Dəhlizin əhəmiyyətinin artmasına, Bakı və Konstansa limanlarının Avropa ilə Qafqaz-Orta Asiya arasında birbaşa bağlantı təmin edə biləcək nəqliyyat mərkəzləri kimi xəritəyə daxil edilməsinə töhfə verəcək.

Beynəlxalq miqyasda, Rumıniya Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik mühitinin əldə edilməsinə yönəlmiş səylərində Azərbaycanın dostu və vicdanlı tərəfdaşı olmuşdur və olmaqda davam edir. Azərbaycan Respublikası bu gün həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə potensial və iddialı hədəflərə sahib bir dövlət kimi özünü təsdiqləməkdədir və bu fürsətdən istifadə edərək, ona səmimi təbriklərimizi çatdırıram.

Azərbaycan hökuməti adından Rumıniya xalqını bayram münasibətilə təbrik edən Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Musa Qasımlı çıxışında Prezident İlham Əliyevin Rumıniya dövlətinə və xalqına Milli Gün münasibətilə səmimi təbriklərini çatdırıb.
Rumıniyanın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi xüsusi əhəmiyyət daşıdığını xatırladan.Qasımlı bildirib ki, Ulu Öndər Heydər Əliyevin Rumıniyaya səfəri ilə təməli qoyulan münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanmış sənədlər, o cümlədən Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrimizin hüquqi bazasını daha da möhkəmləndirib.

Daha sonra səfir Vasile Soarenin doğma şəhəri Fokşanidən dəvət etdiyi peşəkar folklor qrupu səhnəyə çıxdı. Rumıniyanın əsas etnoqrafik bölgələrindən orijinal rumın xalq rəqsləri, mahnıları və geyimlərini təqdim edən rumıniyalı sənətçilərin musiqisi solisti və folklor kolleksiyaçısı xanım Maria Murgoçinin təsis və rəhbərlik etdiyi, təzəlikcə 30 illik yubileyinə qədəm qoyan “Țara Vrancei” (“Tsara Vrançei”) Xalq Ansamblı öz rəngarəng ifaları ilə tədbiri şənləndirdilər.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər