Zelenski ABŞ-da keçirilən görüşlə bağlı bəzi məqamları açıqlayıb
Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov ABŞ nümayəndə heyəti ilə görüşün başa çatmasından sonra dialoqun əsas parametrləri barədə Ukrayna prezidenti Volodimir Zelenskiyə məruzə edib.
Bu barədə Ukrayna lideri öz “Telegram” kanalında məlumat verib.
“Bu gün komandaların ABŞ-dakı işinin başa çatmasından sonra Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov dialoqun əsas parametrləri, vurğuları və bəzi nəticələr barədə məruzə etdi. İşləməyə davam edəcəyik. Komandamızdan tam hesabatı şəxsi görüşdə gözləyirəm”, – Zelenskinin bildirib.
O qeyd edib ki, söhbət konstruktiv olub və bütün məsələlər açıq şəkildə müzakirə edilib.
Zelenski ABŞ-a, Prezident Trampın komandasına və şəxsən Prezidentə Ukraynada müharibənin sona çatdırılması üçün göstərilən vaxt və səylərə görə təşəkkür edib.
Son xəbərlər
