NATO Rusiyaya qarşı qabaqlayıcı zərbələr endirmək imkanlarını araşdırır

NATO Rusiyaya qarşı qabaqlayıcı zərbələr endirmək imkanlarını araşdırırŞimali Atlantika Alyansı (NATO) Rusiyanın aqressiv hərəkətlərinə cavab olaraq qabaqlayıcı tədbirlər görmək imkanını nəzərdən keçirir, lakin belə bir qərarın qəbulu bir sıra hüquqi çətinliklərlə üzləşir.

"Report"un məlumatına görə, bunu "Financial Times" qəzetinə NATO Hərbi Komitəsinin rəhbəri admiral Cüzeppe Kavo Draqone bildirib.

"Biz hər şeyi araşdırırıq. Kiberməkanda biz daha çox reaksiya veririk. Daha aqressiv və ya qabaqlayıcı şəkildə hərəkət etmək sadəcə reaksiya vermək əvəzinə düşündüyümüz məsələlərdəndir", – deyə hərbi rəhbər qeyd edib.

Onun sözlərinə görə, alyans "qabaqlayıcı zərbələri" "müdafiə tədbirləri" kimi nəzərdən keçirə bilər. Lakin Draqone etiraf edib ki, bu, NATO-nun adi düşüncə və davranış tərzindən kənara çıxır.

O izah edib ki, çətinliklər "hüquqi çərçivələr, yurisdiksiya məsələsi" və bu cür addımları konkret olaraq kimin atacağı ilə bağlıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər