Tramp Maduroya amnistiya vəd edib

Tramp Maduroya amnistiya vəd edibVenesuela rəhbəri Nikolas Maduro könüllü olaraq vəzifəsindən getməsə, Vaşinqton güc tətbiq edə bilər.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ötən həftə baş tutan telefon danışığı zamanı bunu Maduroya çatdırıb. "The Wall Street Journal"-ın mənbələrə istinadən yaydığı məlumata görə, Tramp ötən həftə Maduroya bildirib ki, "könüllü olaraq getməsə", ABŞ Venesuela ilə bağlı müxtəlif variantları, o cümlədən güc tətbiqini nəzərdən keçirəcək. Nəşr iddia edir ki, iki lider həmçinin telefonla Maduro və onun yaxın ətrafı üçün mümkün əfv məsələsini də müzakirə ediblər.

Qeyd edək ki, Trampın ilk prezidentlik müddəti ərzində, 2020-ci ilin mart ayında ABŞ Maduro və bir neçə digər hökumət məmurunu narko-terrorizmdə ittiham edərək Venesuela prezidentinin həbsinə və/və ya məhkum edilməsinə səbəb olan məlumatlara görə 15 milyon dollar mükafat təyin edib. 2025-ci ilin avqustund Vaşinqton Maduronun tutulmasına səbəb olan məlumatlara görə mükafatı 50 milyon dollara qədər artırıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Venesuela lideri "dünyanın ən böyük narkotik qaçaqmalçılarından biridir" və ABŞ-ın "milli təhlükəsizliyinə təhdid yaradır".

Amerika mediası dəfələrlə ABŞ-ın tezliklə Venesuela ərazisinə zərbələr endirməyə başlaya biləcəyi barədə məlumat yayıb. Tramp əvvəllər Vaşinqtonun "çox tezliklə Venesueladan narkotik qaçaqmalçılığına qarşı mübarizəyə başlayacağını" bildirib, lakin mümkün hərbi əməliyyatlar barədə ətraflı məlumat verməyib. Dünən isə Amerika lideri "Venesuela üzərindəki hava məkanının tamamilə bağlı hesab edildiyini" elan edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər