Honq-Konqda yanğın nəticəsində ölənlərin sayı 94-ə çatıb
Dərc olunub:
28-11-2025, 06:21
Honq-Konqda baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 94-ə çatıb.
Bu barədə Sinxua agentliyi şəhərin yanğınsöndürmə idarəsinə istinadən xəbər verir.
Yanğınsöndürmə idarəsinin South China Morning Post-a istinadən verdiyi məlumata görə, cəsədlərin çoxu alovun ən güclü olduğu yeddi binadan ikisində tapılıb. Yanıq və xəsarət alanların sayı 155-ə çatıb. Əvvəllər təxminən 100 nəfərin yaralandığı bildirilirdi. Xəsarət alanlar arasında 11 yanğınsöndürən də var.
Son xəbərlər
