Fransa QHT-ləri Rusiyaya casusluq edir
Dərc olunub:
26-11-2025, 11:15
Fransa xüsusi xidmət orqanları Parisdə SOS Donbass qeyri-hökumət təşkilatının iki fəalını saxlayıb.
TASS bildirir ki, həmçinin bir rusiyalı qadın da Fransa xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Onlar Rusiyanın xeyrinə casusluqda şübhəli bilinirlər.
“Le Parisien” qəzeti isə hadisə barədə ətraflı məqalə dərc edib. Nəşrin məlumatına görə, saxlanılan vətəndaş cəmiyyəti nümayəndələri "xarici vətəndaşlarla sui-qəsd", "xarici dövləti maraqlandıran məlumat toplamaq" və "cinayət törətmək üçün sui-qəsd" maddələri ilə ittiham olunublar. Kəşfiyyat məlumatlarına görə, SOS Donbass üzvləri humanitar fəaliyyət adı altında casusluq fəaliyyəti ilə məşğul olub.
Bundan əvvəl Fransa xüsusi xidmət orqanları daha iki QHT fəalını saxlamışdı.
Son xəbərlər
