"Münaqişə tərəflərindən biri məhz ABŞ-dır”

Artıq bir neçə aydır ki, Venesuela ABŞ-ın zərbə müstəvisindədir. ABŞ-ın bu ölkəyə hər an hücum edə biləcəyi ilə bağlı ölkə rəsmiləri mütəmadi olaraq ehtimallar irəli sürürlər. ABŞ və Venesuela arasında birbaşa münaqişənin olması mümkündürmü? - sualı ilə politoloq Bakir Həsənbəyliyə müraciət etdik.

Politoloq bildirdi ki, ABŞ əksər münaqişələrdə birbaşa tərəf kimi çox vaxt iştirak etmir. Hətta İraqda Səddam Hüseyn rejiminin devrilməsində belə ABŞ NATO müttəfiqlərinin yardımından istifadə etdi. ABŞ Rusiya - Ukrayna müharibəsində Tramp admnistrasiyasının gəlişinə qədər dəstəkçi rolunda idi. Venesuela məsələsi isə fərqlidir.Burada münaqişə tərəflərindən biri məhz ABŞ-dır. ABŞ bu ölkə ilə bağlı təkbaşına hücum taktikasını seçə bilər.

Sozsüz ki, əməliyyatın səbəbi Maduronun ölkəsini idarəetmə taktikasına və ya narkotik ticarətinə qarşı göstərilsə də, bu yalnız fikir yanıltmaqdır. Venesuela neft ehtiyatına görə dünyada kifayət qədər ön sıralarda duran ölkədir. Lakin ABŞ sanksiyalarına görə öz təbii sərvətindən yararalana bilmir. ABŞ və yaxud ümumi qərbin Rusiyanı çökdürmə siyasətinin əsasında onun enerji resurslarının realizəsinə mane olmaqdır. Sirr deyil ki, Ukrayna – Rusiya müharibəsnin əsas qazananlarından birincisi məhz Çindir.

Çin Rusiya neftini normal bazar münasibətlərindən 50%-ə qədər aşağı qiymətə alır. Rusiyaya yönəli sanksiyalar fonunda AB-nin neftə və qaza olan tələbatını Venesuela nefti vasitəsilə kompensasiya etməyə çalışan ABŞ bu məsələdə ən böyük problemi məhz Maduro və onun komandasında görür. Əslində bu məsələdə də, ən çox qazanan yenə də Çindir. Çünki Venesuela neftinin təxminən 90%-ni ən aşağı qiymətlə Çin alır. Tramp admnistrasiyasının Madura hakimiyyətinə yönəli hərəkətlənmələrinin arxasında Çinin bu imkanlarının əlindən alınmasıdır. ABŞ-ın öncəlliyi Çinin iqtisadi imperiyasını çökdürməkdir və addım – addım məqsədlərinə doğru irəliləyir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər