ABŞ Venesuela prezidentinin başına 50 milyon qoydu

ABŞ Venesuela ilə gərginliyi daha da artıracaq qərar qəbul edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqton Venesuela prezidenti Nikolas Maduronu terror təşkilatının lideri elan edib və onun başına 50 milyon dollar mükafat qoyub.

Ağ Ev məsələ ilə bağlı açıqlama yayıb və bildirib ki, "Maduro rejimi qeyri-qanunidir".

ABŞ prezidenti Donald Tramp daha əvvəl imzaladığı sərəncam çərçivəsində Latın Amerikası narkotik kartellərinə qarşı yerində mübarizə kontekstində ordudan istifadənin artırılması və daha səmərəli istifadə edilməsi barədə göstəriş vermişdi. Bu çərçivədə ABŞ avqustun sonunda Venesuela sahillərinə sualtı qayıqlar və döyüş gəmilərindən ibarət dəniz qüvvələrini göndərib və müdafiə naziri Pit Heqset ABŞ ordusunun Venesuelada rejim dəyişikliyi də daxil olmaqla əməliyyatlara hazır olduğunu bildirib. Buna cavab olaraq Venesuela prezidenti Nikolas Maduro ölkədə 4,5 milyon milis qüvvəsini səfərbər etdiyini və istənilən hücumu dəf etməyə hazır olduğunu açıqlayıb.

ABŞ-nin Venesuela sahillərində narkotik qaçaqmalçılığı üçün müəyyən qayıqları hədəf almağa davam etməsi həm Venesuela hökumətinin, həm də beynəlxalq ictimaiyyətin tənqidinə səbəb olub, bəziləri isə hücumların “beynəlxalq hüquqa zidd” olduğunu iddia edib.








Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər