"Tramp Maduronu ələ keçirməklə, neft yataqlarına nəzarət etmək istəyib"

ABŞ prezidenti Donald Trampın administrasiyası Venesuela prezidenti Nikolas Maduronu ələ keçirməyi və ölkənin neft yataqlarına nəzarəti bərqərar etməyi düşünüb.

"Report"un məlumatına görə, bu barədə "Washington Post" qəzeti mənbələrə istinadən yazır.

"Yayın ortalarına qədər administrasiya narkotik gəmilərinə zərbələr endirmək və Venesuelaya yönəlmiş ikinci variantları, o cümlədən neft yataqlarını və Maduronu ələ keçirmək barədə düşünürdü", - nəşr yazır.

Bundan başqa Mərkəzi Kəşfiyyat İdarəsi narkotiklərlə mübarizə bölməsinin fəaliyyətini sürətlə genişləndirir. Nəhayət, ABŞ prezidenti transmilli cinayətkar təşkilatlara qarşı mübarizəyə yönəlmiş geniş sənəd imzalayaraq Mərkəzi Kəşfiyyat İdarəsinə narkotik şəbəkələrinə qarşı gizli əməliyyatlar aparmaq səlahiyyəti verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər