Rumıniya ordusu qırıcılarını havaya qaldırdı

Rumıniya ordusu iki “F-16 Fighting Falcon” qırıcısını havaya qaldırıb.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Borçedə yerləşən 86 saylı aviabazadan döyüş təyyarələrinin qaldırılmasının məqsədi Ukrayna ilə sərhəddəki hava məkanının yoxlanılması olub.

Belə ki, bundan əvvəl Ukrayna-Rumıniya sərhədində döyüş əməliyyatlarının gücləndiyi və sərhədyanı İzmayıl şəhərinin ərazisində pilotsuz uçuş aparatlarının göründüyü barədə məlumatlar yayılmışdı.

Bununla belə Müdafiə Nazirliyi bildirib ki, dronların Rumıniyanın hava məkanına daxil olması qeydə alınmayıb və qırıcılar yerli vaxtla 03:42 radələrində hava bazasına geri qayıdıblar

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər