Nigeriyada katolik məktəbə hücum: 52 şagird qaçırıldı
Dərc olunub:
21-11-2025, 16:48
Nigeriyanın Niger ştatında silahlılar katolik məktəbə hücum edərək şagirdləri qaçırıb.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Naməlum şəxslər Müqəddəs Məryəm məktəbinə soxularaq xeyli sayda şagirdləri qaçırıb”, - məlumatda qeyd olunub.
Nigeriyanın “Arise Nyus” telekanalı qaçırılan şagirdlərin sayının 52 olduğunu bildirib.
Son xəbərlər
