Rusiya ordusu Suriyaya hansı şərtlə qayıtdı?
Suriya lideri Əhməd Əş-Şaranın Moskva səfəri və Putinlə görüşündən sonra Rusiya hərbi bazalarının Suriyada qalması məsələsi dəqiqləşib və artıq Rusiya hərbçiləri patrul xidmətinə də başlayıb. Sözsüz ki, Əhməd Əş-Şaranın Vladimir Putin arasında razılığın əldə edilməsi onun müstəqil qərarı ola bilməz. Təbii ki, Əş-Şaranın Suriya hakimiyyətinə gətirən Türkiyə, ABŞ və müəyyən mənada İsrailin razılığı olmadan Rusiya bazalarının Suriyada mövcudluğunun davamı mümkün deyildi.
Demək, əldə olunmuş razılaşma təbii ki, sözsüz ki, təkcə Suriya və Rusiya arasında razılaşma yox, həm də Türkiyə–Rusiya, ABŞ–Rusiya sövdələşməsidir. Rus ordusunun Suriyada qalması ilə bağlı rəsmi Ankara demək olar ki, yüksək səviyyədə heç bir reaksiya verilməyib. ABŞ isə Tramp iqtidarı ilə Putinlə razılaşmasına şübhə yoxdur. Xüsusən də Trampın Ukrayna müharibəsi ilə müəyyən nəticə əldə etməsi üçün Rusiyaya Suriya güzəşti ehtimalı da yüksəkdir.
İsrail məsələsinə gəlincə, təbii ki, İsrail ümumiyyətlə Suriyada mərkəzləşdirilmiş hakimiyyətin, güclü dövlət strukturlarının qurulmasında maraqlı deyil. Ölkənin nəzarət zonalarına bölünməsi Suriyanın ərazi suverenliyini arxa plana keçirir. Suriyanın zonalara bölünməsi təklifini də bir müddət əvvəl məhz İsrail irəli sürmüşdü. Suriyada müxtəlif xarici qüvvələrin mövcudluğu İsrailin bu dövlət ərazisinə müdaxiləsinə, möhkəmlənməsinə imkanlar saxlayır.
Əlbəttə ki, İsrail Suriyada yalnız Türkiyə və ABŞ ordusunun varlığını onun Suriya ilə bağlı planlarına mane kimi görür. Ancaq Rusiyanın Suriyada mövcudluğu İsrailin də Suriya ərazisinə müdaxiləsinə şərait yaradır. İsrail hətta Rusiya ilə münasibətləri isti olmasa belə, geosiyasi baxımdan Rusiyanın Suriyada yerləşməsinin tərəfdarıdır.
Suriya, Rusiya və Ukrayna ətrafındakı proseslərin birbaşa, Cənubi Qafqaz, Zəngəzur əlaqəsi danılmazdır. Məsələ burasındadır ki, Zəngəzur dəhlizinin açılması məsələsi artıq praktik bir mərhələyə keçib və Rusiyanın ilk mərhələdə “TRİP” (Zəngəzur dəhlizi) yolu ilə bağlı müəyyən narazılıq işarələri versə də, ancaq son zamanlar demək olar ki, Rusiya bu məsələdə rəsmi səviyyədə mövqe sərgiləmir və bu da müəyyən razılaşmaların olmasına işarə ola bilər.
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri zamanı Ermənistanla kommunikasiya xətlərinin açıldığını elan etdi və Qazaxıstandan və Rusiyadan Ermənistana Azərbaycan üzərindən Ermənistana buğda ixracına başlanıldı. Əlbəttə ki, inandırıcı görünür ki, Tramp da Rusiyanın müəyyən mənada Zəngəzur dəhlizində iştirakı ilə bağlı proseslərdə iştirakına razılaşa bilər.
Paşinyanın da Qazaxıstana səfəri, ümumiyyətlə, Zəngəzur dəhlizi ilə Tramp yolu ilə bağlı proseslərdə Rusiyanın iştirakı üçün müəyyən işarələr verir. Əlavə olaraq, Qazaxıstanın da Rusiya münasibətini nəzərə alsaq, əlbəttə ki, Tramp yolu ilə Zəngəzur dəhlizinə Rusiyanın müəyyən mənada geri dönüşü mümkündür.
Zəngəzur dəhlizi və Rusiya məsələsinə həm də o prizmadan yanaşmaq olar ki, artıq Ermənistanda yeni parlament seçkilərə start verilir və bu seçkilərlə bağlı ölkə daxilində vəziyyət gərginləşir. Bildiyiniz kimi, Paşinyan hakimiyyətinə qarşı rusyönümlü qüvvələr və kilsə qarşıdurması fonunda Paşinyanın hakimiyyətdə qalması üçün Rusiyanın geri çəkilməsi məsələsi müzakirə mövzusu ola bilər. Düşünürəm ki, Paşinyanın yenidən seçilməsi məsələsi və seçkilərə müdaxilə edilməməsi Zəngəzur dəhlizi ilə bağlı Rusiya ilə müəyyən sövdələşməni mümkün edir.
Vüqar Dadaşov
Son xəbərlər
