Səfirimiz Rumıniya-Amerikan Universitetin rektoru Kostel Neqriça ilə görüşüb

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Rumıniya-Amerikan Universitetin rektoru Kostel Neqriça ilə görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərini, təcrübə mübadiləsi və əlaqələrin qurulması məqsədilə universitetin nümayəndə heyətinin Azərbaycana səfərini müzakirə edilib.

Qeyd etmək lazımdır ki, sözügedən universitet Azərbaycandakı bir çox aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq edir, bunlar arasında Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və digərləri var.

Rumıniya tərəfi növbəti dəfə Qarabağ Universiteti ilə əməkdaşlığa maraqlı olduqlarını bildirdi. Birgə layihələrin həyata keçirilməsi, akademik tədqiqatlar, tələbə və müəllim mübadiləsi, həmçinin beynəlxalq təhsil tədbirlərində birgə iştiraka açıq olduqlarını bəyan etdilər.

Səfir qeyd edib ki, bir neçə il əvvəl Rumın-Amerikan Universitetində Azərbaycan güşəsi açılıb. Həmçinin görüşdə Azərbaycandakı universitetlərdən birində Rumıniya güşəsinin açılması müzakirə edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər