Silahlılar 24 məktəbli qızı qaçırıblar

Nigeriyanın şimal-qərbindəki yataqxanadan 24 məktəbli qız qaçıırılıb.

Associated Press agentliyinin məlumatına görə, həmin qızlardan biri silahlıların əlindən qurtularaq xilas ola bilib. Bu barədə qızların oxuduğu məktəbin məktəb direktoru bildirib.

Qızlar bazar ertəsi günü səhər tezdən Kebbi əyalətinin Maqa şəhərindəki Hökumət Qızlar Orta Məktəbinin yataqxanasına silahlı şəxslər hücum nəticəsində qaçırılıb.

Yerli polis bildirib ki, silahlı şəxslər məktəb ərazisinə hücum edərək, mühafizəçilərdən birini öldürüblər.

Heç bir qrup qızların qaçırılmasına görə məsuliyyəti öz üzərinə götürməyib, lakin analitiklər və yerli sakinlər dəstələrin tez-tez məktəbləri, səyahətçiləri və ucqar kəndliləri fidyə üçün hədəf aldığını deyirlər.

Hakimiyyət orqanları quldurların əsasən resurs çatışmazlığı ilə bağlı toqquşmalardan sonra əkinçilik icmalarına qarşı çıxan keçmiş çobanlar olduğunu iddia edirlər.

Məktəb şagirdlərinin kütləvi qaçırılması xüsusilə Nigeriyanın şimalında geniş yayılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər