Səudiyyə Ərəbistanı ABŞ-dan F-35 qırıcıları alacaq
Dərc olunub:
19-11-2025, 14:15
Səudiyyə Ərəbistanı və ABŞ bir sıra müqavilə, o cümlədən, strateji müdafiə sazişi imzalayıb.
Bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, tərəflər mülki nüvə əməkdaşlığı, minerallar, süni intellektin inkişafı və müdafiə sənayesi də daxil olmaqla müxtəlif sahələrdə bir sıra müqavilə imzalayıb.
Sazişə əsasən, Səudiyyə Ərəbistanı ABŞ-dan F-35 qırıcıları və 300 ədəd “Abrams” tankı alacaq.
Son xəbərlər
